“Leş mafiyası” - Gəncəyə aparılan inək cəsədləri...

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında Qazax rayonu, Aşağı Salahlı kəndi ərazisində vətəndaş Musa Cavad oğlu Cəfərova məxsus avtomobilin yük yerinə baxış keçiriblər. Avtomobildə diri çəkisi 315 kq olan istifadəyə yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. AQTA-dan verilən məlumata görə, ölmüş heyvan cəmdəyindən daxili orqanlarının çıxarıldığı müəyyən olunub.

İlkin araşdırmalar zamanı ölü heyvanın satış məqsədilə Qazaxdan Gəncəyə daşındığı məlum olub. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanan heyvan cəmdəyinin satışının qarşısı alınıb və məhv edilməsi üçün zəruri tədbirlər görülüb. Həmçinin heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Faktla bağlı araşdırma davam etdirilir.

Ölkə ərazisində qida üçün yararsız olan ölmüş heyvan ətlərini satışa çıxaran şəbəkənin varlığı haqda illərdir ki, məlumatlar dolaşır. "Leşyığanlar mafiyası", "Leş mafiyası" adlandırılan şəbəkəyə qarşı atılan addımlar yetərsiz görünür. Digər tərəfdən də ölkədə qida sektorunda illərlə davam edən nəzarətsizlik bu sahənin "əl-qol" açmasına, şaxələnməsinə, kök atmasına səbəb olub. Ölkə bazarlarında, supermarketlərdə piştaxtalara kolbasa, sosis şəklində belə ətlərin ayaq açmasına dəlalət edən faktlar yetərincədir. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) açıqladığı rəsmi rəqəmlər də bunu təsdiq edir. Hər ötən il dövriyyədən tonlarla murdar, mənşəyi bəlli olmayan ət çıxarılıb. Dövriyyədən çıxarılmayan, dövlət qurumlarının nəzarətindən kənar qala bilən belə murdar ətlər isə rəsmi statistikanı 10-20 dəfə, bəlkə də artıq üstələyir. Son nəticədə belə ətlər evlərimizə kolbasa, sosis halında, restoranlarda süfrələrə lüləkabab, digər təamlar, küçələrdə dönər şəklində çıxır. Qeyri-şəffaf mühitin yaratdığı mənzərə hazırda budur.

Bəs aşkarlanan bu murdar ətlər, ümumiyyətlə, istifadəyə yararsız qidalar necə məhv edilir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Yeni Müsavat-a deyir ki, hər gün Azərbaycanda 10 tonlarla mal, yəni qida məhsulu istifadəyə yararsız hala gəlir, istifadə müddəti keçir: "Belə malların, qidaların sənəd üzərində ləğv olunması qeyd edilir. Azad İstehlakçılar Birliyi 22 ildir fəaliyyətdədir, cəmi 2 dəfə belə prosesə şahidlik etmişəm. Baxmayaraq ki, dəfələrlə məsələ qaldırılıb ki, məhvetmə prosesində KİV nümayəndələri, ictimaiyyət təmsilçilərinin iştirakı təmin olunsun. Lakin bu məsələyə əhəmiyyət verən şirkət demək olar ki, yoxdur. Şirkətlər belə məhvetmə prosesinin onların prestijinin artmasına xidmət edəcəyini heç düşünmürlər. 1 dəfə Vergilər Nazirliyi və 1 dəfə də Gömrük Komitəsi belə tədbir keçirib. Vaxtı keçmiş mallar aşkar olunduqda dövlət orqanları aktla malı satana təhvil verirlər. Həmin şəxslər də bir saxta sənəd tərtib edib verirlər ki, mal məhv olundu. Vəssalam. Yəni malın məhv edilməsi prosesi qeyri-şəffafdırsa, kim zamanət verə bilər ki, həmin mal geriyə - piştaxtaya qayıtmayacaq?"

AİB sədri deyir ki, belə qeyri-şəffaf mühitin aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət ünvanlayıb: "Lakin Qida Təhlükəsizliyi Agentliyi ictimai təşkilatlarla iş görmək istəmir. Qeyri-şəffaf mühit qaldıqca şübhələrə də son qoyulmayacaq. Belə hallar aşkar edilibsə, Qazaxda satış üçün heyvan leşi aşkar olunubsa, ictimai məhvetmə təşkil edilməlidir. Hər kəs satıcının da, Gəncədə həmin malı sifariş verən şəxsin kimliyini də bilməlidir. Bilməlidir ki, Qazaxda ölən heyvanı Gəncədəki hansı restoran, hansı kafe, hansı dönərxana sifariş edib. Hamı inanmalıdır ki, aşkar olunan cəsəd məhv olunub. Bunlar olmadıqca, əsaslı şübhələr də qalacaq. Təəssüf ki, bu gün Azərbaycanda təhlükəli qidanın son ünvanı yenə də biz istehlakçılarıq".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR