-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Lənkəranda “Kəpəz”in qapıçısını döydülər - VİDEO

Lənkəranda azarkeşlər meydançaya axışdı və qonaqların qapıçısına hücum etdilər.

20:52:53 | 2019-10-20

Bu gün U-17 liqasında baş tutan "Xəzər Lənkəran" - "Kəpəz" matçında xoşagəlməz hal yaşanıb.
Məlumata görə məğlubiyyəti həzm edə bilməyən bir neçə lənkəranlı azarkeş matçın sonlarına yaxın meydana daxil olub "Kəpəz"in futbolçularına hücum edib. Hətta, sözügedən azarkeşlərdən biri, gəncəlilərin qapıçısına söyüş söyüb, üstəlik fiziki təzyiq göstərib.
Ancaq maraqlısı budur ki, baş hakim məhz özünü azarkeşlərdən qorumağa çalışan qolkiperi qırmızı vərəqə ilə cəzalandırıb. Yəni, meydandakı yox, tribunadakı "hücumçular"dan gələ biləcək təhlükədən qorunmağa çalışan qapıçının hərəkətlərini baş hakim intizamsızlıq kimi qiymətləndirib.
Bundan əlavə "Xəzər Lənkəran"ın futbolçuları da azarkeşlərə qarışıb və fürsətdən yararlanaraq rəqib həmkarlarına hücum edib. Ancaq deyilənə görə onların heç birinə baş hakim tərəfindən cəza verilməyib.
Stadion rəhbərliyinin, orada asayişə cavabdeh şəxslərin məsuliyyətsizliyi üzündən yaşanan xoşagəlməz olaylar zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Videodan göründüyü kimi hadisə zamanı meydanda təhlükəsizliyi qoruyan olmayıb. Məşqçilərin müdaxiləsindən sonra tərəflər ayrılıb.
Gəncəlilərin yaşananlara görə oyunun keçirildiyi stadion, asayişi qorumağa cavabdeh şəxslər, o cümlədən rəqib klubun rəhbərliyindən şikayət etməyə tam haqqı var. Çünki təhlükəsizliyə cavabdeh olanlar, birbaşa meydan sahibləridir və məsuliyyət daşıyırlar.
Keçirilən görüş "Kəpəz"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


ETİKET :  

Daha Çox