-- Adversting 9 --
-- Adversting 10 --

Kutaisidə saxlanılan Gəncə qapısının bəzi hissələri çürüyüb

Kutaisidə saxlanılan Gəncə qapısının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

13:51:29 | 2021-06-12

YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar.

Mütəxəssislər məbəddə aparılan bərpa işlərində yol verilən çatışmazlıqlar nəticəsində yaranmış vəziyyəti araşdıracaq.

Problemlərin aradan qaldırılması üzrə plan gürcü ekspertlərin iştirakı ilə hazırlanacaq.

Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb. Abidənin bərpası bir neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi ziyan dəyib.

Gəncə qapılarının bir tayı məhz bu monastırda saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Hazırda Gəncə qapısının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.


ETİKET :  

Daha Çox