Küçələri boş qalan Gəncə - FOTO

Azərbaycanın dörd şəhər (Bakı, Sumqayıt, Gəncə, Lənkəran) və bir rayonunda (Abşeron) iki gün müddətində tətbiq edilən sərt karantin rejiminin qüvvəyə minməsindən sonra Gəncənin küçə və prospektlərində nəqliyyatın hərəkəti də qadağan edilib.
GancaPost.info xəbər verir ki, bu gecədən etibarən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhər ərazisində qurulmuş postlarda xidmət aparır.
Hazırda Gəncə şəhərinin küçələri tamamilə boşdur. Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçıları şəhərdə karantin qaydalarının icrasına nəzarət həyata keçirir. Xəbərdarlığa baxmayaraq, karantin qaydalarını pozan insanlara da rast gəlinir və bununla bağlı da qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, bu gün Gəncədə karantin qadağasına baxmayaraq şəhərin Nizami rayon ərazisində fəaliyyət göstərən bir çörək sexi aşkarlanıb.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay