-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Klinton Heydər Əliyevlə görüntülərini paylaşıb – VİDEO

Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti Bill Klintonun Heydər Əliyevlə görüşünün videosu yayımlanıb.

00:14:31 | 2018-12-13

Bill Klinton 1997-ci ildə prezidentlik dövründə Azərbaycanın sabiq prezidenti, Heydər Əliyevin ABŞ-a rəsmi səfəri çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bill Klinton həmin qəbulun görüntülərini Klinton Kitabxanası adlı rəsmi sosial şəbəkədə paylaşıb.

Görüntülərdə Bill Klintonla Heydər Əliyevin vergi ilə bağlı zarafatı xüsusi diqqət çəkib. Belə ki, ABŞ şirkətlərinin Azərbaycana investisiya cəlb edilməsi üçün Heydər Əliyev Bill Klintonla ayaq üstü söhbət edib. Bu zaman Bill Klinton zarafata, gülüşlə Azərbaycanda verginin çox olduğunu dilə gətirib. H.Əliyev isə cavab olaraq belə deyib: “Yox. Biz vergini sizə görə azaltmışıq. Sizi həvəsləndirmək üçün…”.



ETİKET :  

Daha Çox