-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Kim Azərbaycandan neft alır?

Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları sırasına daxildirlər.

17:07:59 | 2019-09-04

Neft sektoru dövlət büdcəsinin gəlirləri və Azərbaycanın ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır. 2019-cu ilin birinci yarısının yekunları üzrə Azərbaycanın bütün ixracının 76,87%-i neft ixracının payına düşüb.

GancaPost saytı xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan $7 mlrd. 671 mln. 234,27 min məbləğində bəyan edilmiş neft ixracı 15 mln. 833,151 min ton təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 16,7% artıb, dəyər ifadəsində artım 10,4% təşkil edib.

Lakin yalnız ölkənin neft ixracının həcmi və əldə olunan gəlir deyil, həm də Azərbaycandan hansı ölkələrin neft aldığı maraqlıdır. Əfsuslar olsun ki, Dövlət Gömrük Komitəsi müvafiq məlumat təqdim etmir. Lakin, “İnterfaks-Azərbaycan” agentliyi rəsmi məlumatlar əldə etməyə müvəffəq olub.

2019-cu ilin birinci yarısının məlumatının təhlili göstərir ki, Azərbaycan neftinin ixrac coğrafiyası kifayət qədər genişdir və əsasən, Avropa və Asiya ölkələrini əhatə edir. Azərbaycan neftininn alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə - İF), Ukrayna, Almaniya, Avstraliya, Böyük Britaniya, Çexiya, Vyetnam, Yaponiya, Yunanıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Niderland, Tayland, Tayvan, Türkiyə, İtaliya, İspaniya, Fransa, Kanada, Hindistan, Çin, İsrail, Portuqaliya. Eyni zamanda, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan neft idxalının həcmi üzrə lider ötən ilin analoji dövrü ilə müqayisədə İtaliya qalır.

Ümumilikdə, bir il öncə olduğu kimi, Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları sırasına daxildirlər. Buna baxmayaraq, cari ildə Çin ikinci mövqe ilə TOP-10-a daxil olub, üçüncü yerdə Hindistan qərarlaşıb. “İtkisiz” keçinmək mümkün olmayıb – cari il ABŞ və İndoneziya Azərbaycan neftinin idxalçıları sırasından çıxıb. Eyni zamanda, Kanada və Tayvan Azərbaycan neftinin alışını dəfələrlə azaldıb. Bunun səbəbləri məlum deyil, lakin təcrübə göstərir ki, “müqəddəs yer boş qalmır”, bir alıcı digəri ilə əvəzlənəcək, əsas odur ki, təklif etməyə nə isə olsun.

Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:

2018-ci ilin I yarısında ölkələr üzrə neft ixracına dair məlumatlar

"2018-ci ilin yanvar-iyun ayları
Ölkə həcm (ton) dəyər (min)
İtaliya 3683 453,29 $1887161,33
İsrail 1406268,3 $708672,73
Tayvan 979 174,34 $509670,71
İndoneziya 884 257,71 $462 566,06
Hindistan 694 077,94 $380106,05
Kanada 681 840,5 $350 496.36
Çexiya 674 663 $345342,51
Almaniya 619146,68 $316999,19
Portuqaliya 600 557,7 $319 536,66
ABŞ 477280,6 $246 271,17
Fransa 427661,83 $218 470,95
Çin - -
Böyük Britaniya 363352,79 $191088,71
İspaniya 362786,98 $180269,96

2019-cu ilin I yarısında ölkələr üzrə neft ixracı

2019-cu ilin
yanvar-iyun ayları
2018-ci ilin
6 ayı ilə müqayisə
Ölkə həcm (ton) dəyər (min) Miqdar
ifadəsində
Dəyər
ifadəsində
İtaliya 5 663 739,65 $2 749 936,03 +53,7% +45,7%
Çin* 1 310 857,01 $667 055,120    
Hindistan 1 245 448,91 $624 527,35 +79,4% +64,3%
Almaniya 1167 450,1 $554 720,55 +88,5% +74,9%
İsrail 1 140 912,05 $544 456,79 - 18,9% - 23,2%
İspaniya 895 133,33 $425 533,76 +2,5 dəfə + 2,4 dəfə
Çexiya 678 411,49 $331 254,43 +0,55% -4,1%
Fransa 530 804,26 $253 271,68 +24,1% +15,9%
Böyük Britaniya 454 258,92 $220 135,42 +25% +15,2%
Portuqaliya 452 084,56 $212 702,03 -24,7% -33,4%
İndoneziya** - -    
ABŞ** - -    
Kanada 46 418,56 $24 040,73 - 14,7 dəfə - 14,6 dəfə
Tayvan 155 108,85 $73 895,42 - 6,3 dəfə - 6,9 dəfə

Qeyd edək ki, Çin 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycandan neft almayıb.

İndoneziya və ABŞ isə 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycandan neft almayıb.


ETİKET :  

Daha Çox