-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Kəpəz rayon Polis İdarəsinə rəis təyin edilib

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

03:07:59 | 2020-12-27

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə yeni rəis təyin edib.

GancaPost.info-nun məlumatına görə, əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Nəvai Qasımov (Becan oğlu) təyin olunub.

Məlumat üçün bildirək ki, yeni rəis daha öncə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsinin keçmiş rəisi Vüqar Xəlilov isə bir müddət əvvəl Ağstafa rayon Polis Şöbəsinə rəis təyin olunub.


ETİKET :  

Daha Çox