-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kəpəz” niyə bu vəziyyətə düşüb?

“Böyük klub kiçik hədəf, belə klub kimə gərək”

01:39:22 | 2019-09-14

Yəqin ki, çoxlarınızın yadındadır məğlubedilməz "Kəpəz" futbol klubu. Amma hazırda... Necə deyərlər, “Kəpəz” ölüb, ağlayanı yoxdur…
“Kəpəz” hazırda I Divizionda ölüm-dirim mübarizəsi aparır. Görün o boyda “Kəpəz” nə günə qalıb və nə günə salıblar ki, I Divizionda qalmaqdan ötrü mübarizə aparır.
I Diviziondakı qeyri-ciddi bir turnirdir. “Keşlə”nin dublu, “Sabah”-ın dublu, “Sumqayıt”ın dublu, onun-bunun dublu və s. Bu dubullardakı Gəncədə “Kəpəz”dən xal alırlar. “Kəpəz”dən ey, a Kişi! Təsəvvür edin, bir vaxtlar “Kəpəz”in adı gələndə bütün klublar tir-tir əsirdi. İndi isə “Kəpəz” Gəncədə hansısa dubllara məğlub olur. Nə deyəsən… O boyda Gəncə şəhəri Futbolsuz və Stadionsuz qalıb…Azərbaycan futbolunda sözün bitdiyi yer - Kəpəzdir!

"Kəpəz"in bugünki durumu Gəncə azarkeşlərinin ürəyini və canını yandırır. Göz görə-görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə futbol məhv olmaqdadır.

Bu gün Gəncəlilərin görmək istədiyi “Kəpəz” yoxdur artıq, ölüb. Daha doğrusu, öldürdülər...İndi qalan sadəcə, o əzəmətli “Kəpəz”in ruhudur. Heç olmasa ruhundan əl çəkin, rahat buraxın.

I Divizionda bu vəziyyətdə olan “Kəpəz”dənsə, heç olmasa ondan yaxşıdır.

Təbii ki, sözümüz “Kəpəz”i bu vəziyyətə gətirənlərədir. Gəncə futbolu Azərbaycan futbolu deməkdir! Gəncə futbolu yoxdursa, deməli Azərbaycan futbolunda hər hansısa bir gələcək inkişafdan danışmaq boş şeydir (gülməlidir)!

P.S. Şəhərdə bir dənə də olsun normal stadion olmasa da, "zato" Gəncə 2019-cu il Avropanın İdman Şəhəri tituluna layiq görülüb.

GancaPost.info


ETİKET :  

Daha Çox