“Kəpəz”in yeni icraçı-direktoru: Gəncəlilərin dəstəyinə ehtiyacımız var

GancaPost.info xəbər verir ki, gənc klub rəhbəri əvvəlcə təyinatı ilə bağlı danışıb: "Azərbaycanın ən köklü, titullu klublarından olan "Kəpəz"də belə böyük vəzifəyə təyin olmuşam. Çalışacağam ki, mənə ümid bəsləyən, bu posta layiq görən insanların etimadını lazımınca doğruldum. Dəstək verənlərə minnətdaram. Özümü çox məsuliyyətli hiss edirəm. Komandanın adını yenidən yüksəklərə qaldırmaq, nüfuzunu özünə qaytarmaq üçün səylə işləyəcəyəm. "Kəpəz"in bu il 60 illik yubileyidir. Odur ki, növbəti mövsümdən elitada çıxış etmək istəyirik. Buna görə də əlimizdən nə gəlirsə, ən yaxşı şəkildə edəcəyik".
İlqar Nadiri Gəncədə yerləşən "Offside" futbol kompleksinin həmtəsisçisidir. O, bu ilin aprel-iyun aylarında Mini Futbol Liqasının Nizami yurdunda təşkil etdiyi "Gəncə Kuboku" turnirinin Təşkilat Komitəsində yer almaqla yarışın əsas dəstəkçilərindən olub: "Futbolçu olmasam da, futbolun içində olmuşam. Çılğın, həyəcanlı azarkeşəm. Xaricdə səfərlərdə olarkən həmişə "Kəpəz"in nəticələri ilə yaxından maraqlanmışam. Komandanın çıxışını yaxından izləməyə çalışmışam. Yazda Gəncədə keçirdiyimiz "MFL Gəncə Kuboku"nun təşkilatçılığı bizi bütün ölkədə yaxşı mənada işimizlə tanıtdı. Turnirdə rekord sayda - 64 kollektiv iştirak etdi ki, bu da Gəncə futbolunun adına müsbət məqamdır. Həvəskarlar çoxdur və onları bir araya gətirib belə yarışı keçirmək bizə zövq verdi".
"Kəpəz"in yeni icraçı direktoru azarkeşlərə çağırış da edib: "Gəncə azarkeşləri hər zaman futbola sevgiləri ilə tanınıblar. Mən fanatlarımızı stadiona komandamıza dəstək verməyə dəvət edirəm. Bu gün "Kəpəz"in yanında daha çox olmalıyıq. Futbolçuların azarkeş dəstəyinə böyük ehtiyacı var. Bu, onları ruhlandıracaq və qələbələrə həvəsləndirəcək".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR