“Kəpəz”in vəziyyəti: Futbolçular qırıq stullarda əyləşdilər

İDMAN
24 İyul 2019, 22:43
251
"Kəpəz" PFK-nın əsas komandasının baş məşqçisi təyin olunan Yaşar Vahabzadə ilə Gəncədə görüş keçirilib. Tanışlıq xarakteri daşıyan görüşə son mövsümdə komandanın heyətində çıxış etmiş 11 oyunçu qatılıb.
Gəncədə keçirilən görüşdə çəkilən foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
GancaPost xəbər verir ki, şəkildə "Kəpəz"in futbolçularının qırıq stullarda əyləşdiyi əks olunub. Yarıqaranlıq şəraitsiz otaqda keçirilən mərasimdən çəkilmiş foto haqlı olaraq gəncəli azarkeşlərin narazılığına səbəb olub.
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay