-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Kəpəz”in problemləri nə vaxt həll olunacaq?

Gəncənin "Kəpəz” klubunun problemləri həllini tapmayıb.

17:40:24 | 2019-09-02

GancaPost saytı xəbər verir ki, Yaşar Vahabzadəylə İsgəndər Cavadovun gəlişindən sonra vəziyyətin yaxşılaşacağına bəslənən ümidlər doğrulmayıb.
Heyətlə bağlı çətinliklər çəkən "Kəpəz” mövsümün ilk iki oyununda qələbəyə həsrət qalıb, qapısından 4 top buraxıb. Amma problemlər təkcə qələbə həsrətiylə bitmir. Komandanın gələcəyi, infrastruktur və uşaq futbolu ilə bağlı konkret heç bir addım atılmır.
Həm icra hakimiyyətində, həm də AFFA-da kluba təyinatlara bağlı yerli kadrlarla görüşlər keçirilib. Mehman Allahverdiyev, Cabir İbrahimov və Elmar Əliyevin məsul vəzifələrə təyinatları, bu şəxslərin yardımı ilə "Kəpəz”in dirçəldilməsi yolları müzakirə olunub. Amma konkret addımların atılması ləngiyir.
Vəziyyət o həddə gəlib çatıb ki, Gəncə şəhər stadionu baxımsız qalıb. Azarkeşlərin verdiyi məlumata görə, bu günlərdə şəhər stadionunun darvazası da sökülərək aparılıb.
Məsələ ilə bağlı klubun mətbuat katibi Azad Mustafayev sport7.az-a açıqlamasında bunları söyləyib: "Bilirsiz ki, İsgəndər Cavadov AFFA tərəfindən Gəncə futboluna kurator təyin olunub. Onun təyinatından sonra Yaşar Vahabzadə də komandaya baş məşqçi gətirilib. Düzdü, icraçı direktor, icraçı direktorun müavini vəzifələri boşdu. Bununla bağlı hazırda müzakirələr gedir və yaxın vaxtlarda təyinatlar reallaşacaq. Ancaq sizin sayt da daxil olmaqla bəzi mətbu orqanlarda yazırlar ki, klub başsızdı, rəhbərlik tərəfindən idarə olunmur. Bu fikirlərlə razı deyiləm. Klubda idarəçilik var. Verilən bütün qərarlar birbaşa İsgəndər Cavadovla razılaşdırılır. Komanda ilə bağlı bütün səlahiyyətlər isə Yaşar Vahabzadəyə aiddi. Futbolçularla söhbət aparır, komanda ilə bağlı qərar verir. Ümumi rəhbər İsgəndər müəllimdi. Lakin peşəkar futbolda belədi ki, rəhbər məşqçinin qərarlarına qarışmır. Klubda hazırda idarəçiliklə bağlı heç bir problem yoxdu. "Kəpəz"də hamı bilir ki, nə etmək lazımdı və hər kəs işini layiqincə görür. Futbolçu məşqinə çıxır, məşqçi dərsini keçir, mətbuat katibi də mətbuatla işləyir. Azarkeşlərlə əlaqələndirici də onlarla işləyir. Hamı öz işinin başındadı, vəzifəsini də şərəf və layiqincə yerinə yetirməyə çalışır. Digər rəhbər təyinatları da yəqin ki, bu ay hökmən açıqlanacaq. Ondan da əlavə, bilirsiz ki, İsgəndər müəllim təyinatından sonra gəncəli veteranlarla, Qarabağ qaziləri ilə görüşdü. Rəsmi olmasa da, müəyyən dairələrdə azarkeşlərlə görüşlər də nəzərdə tutulub. Qısası işlər gedir, addımlar atılır. Bilirsiz ki, Gəncə futbolu üçün meqalayihə həyata keçirildi. Əsas stadionun meydançasının ot örtüyü dəyişdirildi. Əlavə köməkçi meydança da tikilir. Yaxın vaxtlarda bu iş də yekunlaşdırılacaq. Əlavə bir neçə böyük layihəlr var ki yavaş-yavaş həyata keçiriləcək".
Mustafayev stadionun darvazalarının sökülməsi məsələsinə də aydınlıq gətirdi: "Bu təmirlə bağlıdı. Bilirsiz ki, Gəncə şəhər stadionunun bir neçə giriş qapısı var. O, nə inzibati binaya, nə stadiona giriş qapısı deyildi. Təmirlə əlaqədar stadiona ağır tonnajlı maşınlar girib-çıxır. Ona görə həmin "reşotka" darvaza sökülüb. Təmir işləri bitəndən sonra yenidən yerinə qoyulacaq. Ancaq biləsiz ki, o işlək darvaza deyil. İldə bir dəfə, texnika filan girəndə açılır. Stadionun arxa tərəfindədi. Əsas giriş digər qapılardandı".
Mətbuat katibi, "Kəpəz"də maaşlarla əlaqədar problem olmadığını da bildirdi: "Mövsüm yeni başlayıb. Hələ komanda birinci ayı geridə qoyub. Gecikmə də yoxdu. komanda avqustda yığılıb və him ayın maaşı veriləcək yəqin ki. indi yəqin ki, hələ Premyer Liqa klublarında da heç kim avqustun maaşını almayıblar".


ETİKET :  

Daha Çox