-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kəpəz”də narazılıq: Futbolçular baş məşqçini istəmir?

Gəncə azarkeşləri də Yaşar Vahabzadəni istəmir

17:25:22 | 2021-03-03

İlk gündən Gəncənin futbol ictimaiyyəti və azarkeşlər Yaşar Vahabzadənin "Kəpəz"ə təyinatını isti qarşılamadı.

Komandanın son zamanlar I Divizionda yaxşı nəticə göstərə bilməməsi, daha çox məğlubiyyət acısı dadması klubdaxili gərginliyi də artırıb.

Xüsusilə baş məşqçi Yaşar Vahabzadə bəzi futbolçuların çıxışından narazıdır. Hətta iş o həddə çatıb ki, baş məşqçidə bəzi futbolçularla bağlı şübhələr yaranıb. Məlumata görə, komandanın məğlub olduğu oyunların birindən sonra Vahabzadə futbolçulara xitabən "Siz uduzub məni çıxartmaq istəyirsiniz, amma bilin ki, məni "Kəpəz"dən ancaq Elxan Məmmədov çıxarda bilər" ifadəsini işlədib.

Məsələ ilə bağlı Rekord.az-a münasibət bildirən "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev məlumata belə reaksiya verib: "Yaşar Vahabzadə peşəkar məşqçidir və belə sözlər deməz. Birdə ki, klubumuzda qərarları icraçı direktor verir, başqa bir yerdən nə tapşırıq gəlir nədə ki, göstəriş. Belə məlumatlar klubdaxili ab-havanı pozmağa hesablanıb. Məşqçinin futbolçulara belə sözlər deməsi nə dərəcədə ağlabatandır? Onsuzda nəticə olmayan yerdə məşqçinin işindən ayrılması normaldır. Klub rəhbərliyi isə Yaşar müəllimdən narazı deyil".


ETİKET :  

Daha Çox