''Kəpəz'' azarkeşləri etiraz edir

"Kəpəz" futbol klubunun bir qrup azarkeşləri Gəncə şəhər Stadionunun pis vəziyyətdə olmasından şikayətçidirlər.

GencePost.com-un məlumatına görə, onlar bununla bağlı dəfələrlə bəyanat yayıb, sosial şəbəkələrdə etirazlarını bildiriblər. Azarkeşlər qeyd edirlər ki, yarım milyon əhalisi olan Gəncə şəhərində bir normal futbol meydanı yoxdur. Şəhərin Spartak stadionu, Metallurq stadionu və Mərkəzi stadion bərbad vəziyyətdədir.

Gəncəli fanatlar komandanın ev oyunlarını keçirdiyi stadionun müasir standartlara cavab verəcək səviyyəyə gətirilməsini tələb edirlər.

Azarkeşlərin bildirdiyinə görə, ölkənin ikinci böyük şəhərinin stadionu pis vəziyyətdə olsa da oyununa 1000 nəfər azarkeş gəlməyən komandaların stadionu azarkeş rekordları qıran "Kəpəz"imizin stadionundan qat-qat yaxşı vəziyyətdədir. Günü-gündən də stadionun vəziyyəti bərbad hala düşür.

Ümid edirik ki, Gəncə şəhərinin yeni rəhbərliyi həm Gəncə üçün müasir stadion tikilməsinə nail olacaq, həm də yenidən "Kəpəz" klubunun Azərbaycan Premyer Liqasına yüksəlməsinə köməklik göstərəcək.

Qeyd edək ki, Gəncə şəhər Mərkəzi Stadionu şəhər Gənclər və İdman İdarəsinin balansındadır.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR