-- Adversting 9 --
-- Adversting 10 --

“Kəpəz” azarkeşləri etiraz edir

"Kəpəz"in timsalında Gəncə futbolunun hazırkı durumu yerli azarkeşləri haqlı olaraq narahat edir.

02:18:43 | 2021-05-09

Artıq neçə müddətdir Gəncə azarkeşlərinin etirazı səngimir.

Azarkeşlər böyük futbolun Gəncədə istənilən səviyyədə olması yolunda bütün mümkün variantlarla mübarizə aparırlar. "Kəpəz"ə maliyyə ayıran, baş məşqçi təyin edən, bir sözlə, kluba birbaşa nəzarət edən AFFA isə bu narazılıqları görməzdən gəlir.

Edilən cəhdlərin boşa çıxması isə həqiqi "Kəpəz"sevərləri əsla bu mübarizədən soyutmur. Fanatlar indi də təkliflər paketi hazırlayaraq AFFA, Azərbaycan Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıblar. Bəlkə bundan sonra gəncəli futbolsevərlərin harayına çatan olar...

50-yə yaxın azarkeşin imzaladığı müraciətdə Gəncə futbolunun acınacaqlı vəziyyəti, Gəncədə futbol bazasının yaradıması, Mərkəzi Stadion və Metallurq Stadionun təmiri və başqa problemlər qeyd olunub.


ETİKET :  

Daha Çox