-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kəpəz” azarkeşləri çıxış yolunu prezidentə müraciətdə görür

"Birinci divizionda "sürünən" komanda Gəncəyə yaraşmır"

02:52:23 | 2021-03-09

Gəncəli azarkeşlərin "Kəpəz"in hazırkı durumundan narazılığı kütləvi hal almağa başlayıb.

GancaPost.info xəbər verir ki, "Kəpəz"in stajlı azarkeşi Vahid Vəliyev Sportinfo-ya açıqlamasında klubun düşdüyü vəziyyətdən ürəkağrısı ilə danışıb:

"Kəpəz" divizionda uğursuz çıxış ilə bizi çox sarsıdır. İki ildir komanda çox pis vəziyyətdədir. Premyer Liqaya çıxmaq istəyən komandanın bu vəziyyətdə olması çox acınacaqlıdır.

Vacib oyunlarda oynamır, xal itirir. Mən bunları başa düşə bilmirəm. Qarşısına məqsəd qoyan kollektivin belə çıxışı çox biabırçılıqdır.

Bunların fikri nədir? Biz lap uşaq yaşlarımızdan Gəncədə futbol görmüşük. Sovet dövründə Gürcüstan, Ukrayna, Rusiya klublarını burdan məğlub yola salmışıq. İndi belə oyun görəndə, bizə çox pis təsir edir.

Gəncə kimi futbol şəhərinin komandasının belə durumda olması çox acınacaqlıdır. Dünyanın heç bir ölkəsinin ikinci böyük şəhərinin komandası belə deyil.

Bəlkə də var, amma mən təsəvvür eləmirəm. Bu qədər əhalisi, azarkeşi olan şəhərin komandasına biganəlik haradan qaynaqlanır, onu da başa düşə bilmirəm.

Belə biabırçılıq olmaz! Birinci divizionda "sürünən" komanda Gəncəyə yaraşmır. Həqiqətən, söz tapmırıq deməyə.

Biz azarkeşlər adından cənab prezident İlham Əliyevə müraciət etmək istəyirik ki, "Kəpəz"in dirçəlməsi üçün kömək etsin. Bu il, heç olmasa, birinci divizonda 1 və 2-ci yer üçün mübarizə aparmırsa, belə komanda, heç olmasa, yaxşıdır.

Komanda beşinci-altıncı yerdə gedir. Sonra AFFA-nın əlində əsas olacaq ki, birinci-ikinci yerdə olmadığınız üçün sizi Premyer Liqaya buraxa bilmərik.

Əsasnaməyə görə, birinci və ikinci yerin sahibi Premyer Liqaya buraxılır. Yaşar Vahabzadəyə insan kimi böyük hörmətimiz var. Yaxşı futbolçu olub, ancaq baş məşqçi kimi özünü göstərə bilmir.

Keçən il dedik ki, yeni gəlib, oyunçu seçimi flan aparır. Maddi cəhətdən "Kəpəz"lə vəziyyəti eyni olan "Zaqatala", "Turan Tovuz" heyət yığa bilir, amma bizdə iki ildir komanda düzəlmir, stabil çıxış edə bilmir.

Vahabzadə AFFA-nın bura göndərdiyi baş məşqçidir. Komandanın zəif çıxış etməsindən rəhbərlik də nəticə çıxarmalı və bir tədbir görməlidir. Qərar verməlidilər ki, bunun axırı necə olacaq".


ETİKET :  

Daha Çox