-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Kənd Təsərrüfatı Nazirliyini Gəncəyə köçürmək olar”

“Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin Bakıda deyil...

00:21:14 | 2019-09-11

Kənd Təsərrüfatı Nazirliyinin tikilməkdə olan inzibati binasının miqyası cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, əksər insanlar inzibati binanın yenidən qurulmasının əlavə xərc olduğunu qeyd edir.

GancaPost saytı xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli YeniÇağ-a açıqlamasında bildirib ki, dövlət qurumunun yerləşdiyi binanın miqyasından çox, onun içərisində görülən işin effektivliyi müzakirə mövzusu olmalıdır. Bu baxımdan, inzibati binanın forması elə də əhəmiyyət daşımır:

“Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyinin binası Bakı şəhərində olmamalıdır, Nazirliyi Gəncəyə köçürmək olar. Gəncəni böyütmək, milyonluq şəhərə çevirmək üçün dövlət orqanlarını o şəhərə köçürməyin ciddi yararı ola bilər”.

Qeyd edək ki, bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib.


ETİKET :  

Daha Çox