-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Kəlbəcərin İcra başçısı 221 minlik maşın alır

Kəlbəcər rayon İcra Hakimiyyəti qurumun aparatı üçün Mercedess Benz S350 model minik avtomobilinin alınması üçün tender elan edib.

18:42:16 | 2019-06-30

GancaPost saytının məlumatına görə, bununla bağlı İcra Hakimiyyəti rəsmi dövlət orqanı olan Respublika qəzetində tender elanı yayıb. Bundan sonra məcburi köçkün rayonu olan Kəlbəcərin İcra hakimiyyətinin belə bahalı avtomobil almaq niyyəti tənqid olunub.

Sosial şəbəkələrdə qeyd edilib ki, məcburi köçkünlərin böyük əksəriyyətinin ehtiyac içində olduğu bir vaxtda İcra başçısının belə maşın alması və bunu elan olaraq yayması doğru deyil.

Qeyd edək ki, sözügedən avtomobilin yeni modelinin satış qiyməti 130 min (221 min manat) dollardan başlayır.


ETİKET :  

Daha Çox