-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Kəlbəcər İcra Hakimiyyəti tənqidlərdən sonra "Khazar" aldı

Kəlbəcər rayon İcra Hakimiyyəti Aparatı üçün alınacaq xidməti avtomobil problemi öz həllini tapıb.

16:27:22 | 2019-07-02

GancaPost-un məlumatına görə, "Azərmaş" Açıq Səhmdar Cəmiyyətinin istehsalı olan 2019-cu il buraxılışlı "Khazar Peugeot"markalı sedan tipli minik avtomobili ötən gün alınaraq Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının xidməti istifadəsinə verilib.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə Kəlbəcər rayon İcra Hakimiyyəti üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu.

Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.

Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzlədi.


ETİKET :  

Daha Çox