-- Adversting 9 --
-- Adversting 10 --

İşsiz və işaxtaran kimi qeydiyyata necə düşə bilərsiniz?

Əgər siz işsizsiniz və iş axtarırsınızsa, məşğulluq mərkəzlərində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyata dura bilərsiniz.

18:25:29 | 2019-03-06

Bunun üçün məşğulluq mərkəzinin elektron informasiya sistemində elektron ərizəni doldurdurmaq lazımdır. Bu ərizə doldurulduqdan sonra işaxtaran kimi qeydiyyata alınırırsınız. İşaxtaran kimi qeydiyyata alındığınız zaman elektron informasiya sisteminə daxil etdiyiniz məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. İşaxtaran kimi qeydiyyata alındığınız gündən 5 iş günü ərzində sizə münasib iş təklif olunmadığı və ya işəgötürən (işəgötürənlər) tərəfindən vakansiyaya qəbulundan imtina edildiyi halda, məşğulluq mərkəzi sizin işsiz kimi qeydiyyata alınmanız haqqında qərar qəbul etməli və bu barədə sizin fərdi məşğulluq vərəqinizdə müvafiq qeyd aparmalıdır. İşaxtaran və işsiz şəxs olaraq fərdi məşğulluq vərəqindən çıxarışı elektron informasiya sistemindənəldə etmək hüququna maliksiniz. İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxs kimi ixtisasınız, peşəniz, sağlamlıq imkanlarınızın məhdudluğu və yaşayış ünvanınız üzrə məlumatlar dəyişdiyi halda siz elektron informasiya sistemində bu barədə məlumatları yeniləməlisiniz.

Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

• hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

• barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

• işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində məşğulluq mərkəzi təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində.

Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir:

• məşğulluq mərkəzinin göndərişi əsasında münasib işlə təmin olunduqda;

• vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

• təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;

• işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə.

Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır:

• hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;

• barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;

• ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində;

• fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı işsizlikdən sığorta ödənişi aldığı müddət ərzində ayda bir dəfə təqdim etmədikdə.

Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir:

• “Məşğulluq haqqında” Qanununa əsasən məşğul şəxs hesab edildikdə;

• “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda;

• vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;

• təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda;

• işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;

• ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda.
Aşağıdakı şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir:

• “Məşğulluq haqqında” Qanununa əsasən məşğul hesab edilən şəxslər;

• 15 yaşına çatmayanlar;

• ali və orta ixtisas təhsil müəssisəsində əyani təhsil alanlar;

• “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilmiş şəxslər;

• Əmək Məcəlləsində göstərilən hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslər, 6 (altı) ay müddətində.

İşsiz kimi qeydiyyata alınmayan və ya işsiz kimi qeydiyyatı ləğv olunan şəxs, məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda saxlanılır və işsiz kimi qeydiyyata alınmaq üçün təkrar 1 (bir) aydan sonra müraciət etmək hüququna malikdir. Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya yalnış məlumatlar olduğu üçün işaxtaran kimi qeydiyyatı ləğv edilmiş şəxs həmin hal aradan qaldırıldıqdan sonra işaxtaran kimi qeydiyyata alınmaq üçün təkrar müraciət etmək hüququna malikdir.

Benefisiar.org


ETİKET :  

Daha Çox