-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İsrail Bakıdakı səfirliyini bağlayır

İsrailin Bakıdakı səfirliyi işini dayandırır.

13:40:14 | 2019-10-30

GancaPost saytı xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən məlumat veriblər.

Səfirlikdən bildiriblər ki, qurum İsrail Maliyyə Nazirliyinin qərarına əsasən bağlanır:

“İsrail Maliyyə Nazirliyinin 2019-ci iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son onilliklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən biz diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətindəyik”.

Məlumatda o da qeyd olunub ki, konsul xidmətləri göstərilməyəcək, səfirlik ziyarətlər üçün bağlanacaq:

“İsrailli diplomatlar hər zaman dövlətin gücünü və dayanıqlılığını artırmağa çalışıb. Təəssüf ki, Maliyyə Nazirliyinin qərarı bizə yuxarında qeyd olunan addımlardan başqa seçim qoymur, çünki İsrail dövlətinin həyati vacib maraqları sıxışdırılıb. Biz ümid edirik ki, bu böhran yaxın zamanlarda həll ediləcək”.

Qeyd edək ki, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını (69 səfirlik, 23 konsulluq, 5 xüsusi nümayəndəlik) qeyri-müəyyən müddətə bağlayıb.


ETİKET :  

Daha Çox