-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İşdən çıxan zaman hesablaşma necə aparılır?

Benefisiar Hüquqi Yardım Mərkəzi "Hüquqi maarifləndirmə" layihəsi çərçivəsində növbəti yazını təqdim edir.

01:19:53 | 2019-09-28

İşdən azad olan işçi ilə son haqq-hesab və edilən ödənişlər:

• İşdən azad olan ayda faktiki işlənilən günlərin ya da sonuncu ayın əmək haqqısı;

• Orta əməkhaqqı üzrə hesaba alınan istifadə edilməmiş məzuniyyətə görə kompensasiya;

• Bəzi hallarda işdən azad edilən işçilərə işdən çıxarma müavinəti və müxtəlif ödənişlər.

İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə

• Əmək müqaviləsini ləğv etmək;

• Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq;

• Son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir.

Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

Faktiki işlənmiş vaxta görə əmək haqqının hesablanması

İşdən azad olunan işçiyə azad olunma ayında faktiki işlədiyi günlərə görə əmək haqqı ödənilməlidir. Əmək haqqı adi qayda ilə faktiki işlədiyi günlərə görə hesablanır.

Misal: 14.06.2019 tarixində müəssisənin işçisi öz xahişi ilə işdən azad olunur. İşçinin vəzifə maaşı - 1200 manatdır.

2019-cu ilin istehsalat təqviminə əsasən 2019-ci ilin iyun ayında 25 iş günü var və işçi 10 gününü işləmişdir.

İşçinin iyun ayı 2019-cu il üçün alacağı əmək haqqı: 1200 man / 25 gün * 10 gün = 480 man olacaqdır.

Hesablanan əmək haqqıdan müvafiq tutulmalar (sosial sığorta ödənişləri, vergi və s.) olunacaqdır.

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması

Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Əmək münasibətlərinə xitam verilərkən əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.

Kompensasiya işdən azad olunan gün ödənilir.

İşçi il ərzində ona verilən məzuniyyət günləri üçün tam işləməyibsə, işçiyə bu günlərə düşən kompensasiya ödənilmir. Misal üçün, il ərzində işçiyə 21 gün məzuniyyət günü verilir, lakin işçi bu ili tam işləməyibsə, o zaman işlədiyi aylara görə ona mütənasib məzuniyyət günləri hesablanır.

İşçi bütün ili tam işləməlidir ki, ona tam bir ilə düşən məzuniyyət günləri hesablansın.

İş ili işçi tərəfindən tam işlənməyibsə məzuniyyət günləri işlədiyi aylara görə mütənasib hesablanır. Belə olduqda, ayın yarısında az olan artıq günlər nəzərə alınmır, ayın yarısından çox olan artıq günlər 1 aya gədər yuvarlaqlaşdırılır. İstifadə edilməmiş məzuniyyət günləri üçün kompensasiyadan ümumi qaydada gəlir vergisi və sosial tutulmalar çıxılır.

Misal: İşçi cari ilin yanvar ayından iyun ayına kimi işləmişdir. 10 iyun tarixində o işdən azad edilmişdir. Belə olduqda, yalnız 5 ay nəzərdə tutulur (yanvar-may), iyun ayı nəzərə alınmır. Çünki işçi ayın yarısından az hissəsini işləmişdir.

İşçinin illik 30 təqvim günü məzuniyyət haqqı vardır. İstifadə edilməmiş məzuniyyət günlərinin sayı aşağıdakı kimi hesablanacaq:

30 gün / 12 ay * 5 ay = 12,5 gün

Benefisiar.org


ETİKET :  

Daha Çox