-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İş adamları Gəncəyə - 92 MİLYON MANAT YATIRIBLAR

2019-cu ildə Gəncə iqtisadiyyatına 266 milyon manat investisiya qoyulub.

11:13:38 | 2020-02-17

2019-cu ildə Gəncə şəhərinə 266 milyon manat investisiya cəlb edilib. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib.

“İş adamları tərəfindən istehsal müəssisələrinin, o cümlədən qeyri-istehsal sahələrinin yaradılması və yenidən qurulması üçün 92 milyon manat investisiya qoyulub. 2019-cu ildə Gəncə şəhərinə 266 milyon manat investisiya cəlb edilib”, - deyə N.Bayramov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bildirib.

İcra başçısının sözlərinə görə, bu gün şəhərdə alçı və tikinti materialları istehsalı zavodlarında ilkin məhsul istehsalına başlanılıb, o cümlədən illik istehsal gücü 30 milyon ədəd müxtəlif ölçülü kərpic olan zavodda tikinti işləri sürətləndirilib.

“Bu sənaye müəssisələrinin istifadəyə verilməsi ilə 1000-ə yaxın şəhər sakini işlə təmin ediləcək”, - deyə N.Bayramov qeyd edib.


ETİKET :  

Daha Çox