İraq Ermənistanla hərbi sahədə əməkdaşlıq edəcək

Ermənistan və İraqın müdafiə nazirləri Vaqarşak Arutyunyanla Cuma İnad Saadun Xətab martın 25-də Yerevanda əməkdaşlıq sazişi imzalayıblar.

GancaPost.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın müdafiə naziri Cuma İnad Saadun əl-Cəburi Ermənistana rəsmi səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb. Görüşdə Paşinyan İraq hakimiyyətinin Dağlıq Qarabağ məsələsindəki balanslı mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.

Tərəflər Ermənistan və İraq arasında hərbi əməkdaşlığın perspektivlərini, təcrübə mübadiləsi imkanlarını və maraq doğuran digər məsələləri müzakirə ediblər. Həm də Cənubi Qafqazda və Yaxın Şərq bölgəsində təhlükəsizlik problemləri müzakirə olunub.

Daha sonra Ermənistan Müdafiə Naziri Vaqarşak Arutyunyan ötən payız Qarabağ bölgəsində getmiş döyüş əməliyyatlarından sonra yaranmış situasiyanı və atəşin dayandırılmasından sonra üçtərəfli sazişə əməl olunmasının gedişi barədə vəziyyəti əl-Cəburinin nəzərinə çatdırıb. Görüşün nəticələrinə əsasən, nazirlər müdafiə sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.

"Sənəd 13 sahə üzrə qarşılıqlı maraq doğuran əməkdaşlığı nəzərdə tutur" - Ermənistan Müdafiə Nazirliyinin xəbərində deyilir, amma təfərrüatı qeyd edilmir.

Xatırladaq ki, ötən payız Azərbaycanın apardığı Vətən müharibəsi (44 günlük) ərəfəsində və müharibənin gedişində bəzi İslam ölkələri (İran, İordaniya, Livan və s.) düşmən Ermənistana silah göndərməklə məşğul olmuşdu - bu, İslam qardaşlığından kənar çox iyrənc xəyanət idi. İndi isə həmin xəyanət "serialı"nı deyəsən İraq ərəbləri davam etdirmək istəyir?

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR