-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İlham Əliyev Gəncə şəhərinə gəlib

İlham Əliyev Gəncə şəhərinə səfərə gəlib.

15:31:43 | 2020-06-24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Gəncədə tikinti materialları istehsalı zavodunun açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər. İlham Əliyev zavodu işə salıb.

Dövlət başçısı Gəncədə yaşayış kompleksinin tikintisi ilə tanış olub.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

Gəncədə modul tipli xəstəxananın açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərində modul tipli xəstəxananın açılışında da iştirak ediblər.

İlham Əliyev və Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşdülər.

Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olub.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının tikintisi ilə tanış olublar.

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışı olub.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər.

Prezident Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri zamanı Gəncə İdman Sarayının tikintisi ilə tanış olub.


ETİKET :  

Daha Çox