-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"2020-ci ildə Avropaya qaz ixracına başlayacağıq"

Ölkə başçısı: TAP yekunlaşmaq üzrədir və 87% tikilib

01:46:08 | 2019-02-21

"Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi Avropanın energetika xəritəsini dəyişdirəcək və Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında böyük əhəmiyyət kəsb edəcək. Bu barədə prezident İlham Əliyev Bakıda "Cənub qaz dəhlizi" layihəsinin Məsləhət Şurasının iclasında çıxış edərkən bildirib.

Avropa Komissiyasının bu layihədə iştirakına toxunan İlham Əliyev Böyük Britaniya və ABŞ-ın fəal rolunu da qeyd edib.

O bildirib ki, CQD elementlərinin fəal tikintisi gedir, onların üçü artıq fəaliyyət göstərir, sonuncusu - TAP yekunlaşmaq üzrədir və 87% tikilib.

Bu, 2020-ci ildə artıq Avropaya qaz nəqlinə başlamağa imkan verəcək, deyə prezident İ.Əliyev bildirib.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçir.

Layihə Azərbaycanın "Mərhələ-2" çərçivəsində Şahdəniz yatağından təbii qazın nəqli üçün nəzərdə tutulub. CQD layihəsinin ümumi dəyəri 40 mlrd. dollar təşkil edir.


ETİKET :  

Daha Çox