-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İlham Əliyev: “Azərbaycan Aİ ilə assosiativ sazişdən imtina edib”

Prezident İlham Əliyev: “Azərbaycan Aİ ilə assosiativ sazişdən imtina edib”

14:35:15 | 2021-03-06

"Azərbaycan Avropa İttifaqı ilə "bərabərhüquqlu saziş" imzalamağa hazırlaşır və sənəd 90 faiz hazırdır".

GancaPost.info xəbər verir ki, bu barədə prezident İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı bildirib.

“Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Hazırda heç kim haqda danışmaq istəmirəm, amma bunu deməliyəm. "Şərq Tərəfdaşlığı" ölkələrindən hansı Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Heç biri. Onlar assosiativ saziş imzalayıblar. Mən bu sazişi görmüşəm. Bu, faktiki olaraq saziş deyil, təlimatdır, sadəcə, təlimat. Bu ölkələrə təlimatlar verilir: bunu belə etmək lazımdır, ya başqa cür. Mən isə bundan imtina etdim. Dedim ki, bizə belə bir təlimat lazım deyil. Biz özümüz bilirik ki, nə etmək lazımdır", - İ.Əliyev deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu şərtlərlə qurur.

"Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə də biz bu sahədə də uğurlar əldə etmişik, çünki bizim başqa ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir", - prezident bildirib.


ETİKET :  

Daha Çox