“Gəncəyə raketin atılması Xocalının davamı idi”

"Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin başvermə səbəbini anlamalıyıq. Bunun səbəbi Azərbaycan və erməni xalqı arasındakı münaqişə deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbə əslində erməni xalqını da azad etmiş oldu".

GancaPost.info xəbər verir ki, bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

M. Şevçenko deyib ki, ermənilər nə vaxtsa bunu anlayacaqlar: "Mənə elə gəlir ki, artıq anlamağa başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar müharibə etməməlidirlər. Düşünməməlidirlər ki, burada Strabon, Heredot dövründə kim yaşayıb. Onlar ticarət, həyatlarını yaxşılaşdırmaq haqqında düşünməlidirlər. Sərhədləri açmalıdırlar. Milliyyətçilikdən əl çəkməlidirlər".

Rusiyalı jurnalist qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi: "Mən bu hadisədən sonra Gəncədə, "Skad" raketlərinin düşdüyü yerdə oldum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalını törədənlər eyni adamlardı. Gəncə terroru Xocalının davamı idi. Nə qədər ki, Rusiyada, Ermənistanda, Avropada, Qərbdə olan məlum milliyyətçi qüvvələr layiqli qiymətini almayacaq, bunun davam olacaq. Əziz azərbaycanlılar, biz Rusiya xalqının nümayəndələri, dünyanın sağlam düşüncəli insanları sizinləyik, nasimzə, rasizmə qarşı mübarizədə sizinləyik. Ona görə də, Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir. İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi, Xocalının qisası deyil, həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi. Təəssüflər olsun ki, biz bu gün Rusiyada ikili standartlı yanaşmanı görürük. Haqlı mövqeyi olan azərbaycanlı jurnalist işini itirir, lakin Azərbaycanı açıq təhqir edən deputat Vitali Milonov barəsində heç bir tədbir görülmür. Milonovun Azərbaycana münasibətdə nasist fikirlərinə Rusiya cəmiyyəti tərəfindən heç bir qiymət verilmədi".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR