-- Adversting 9 --
-- Adversting 10 --

İcra Hakimiyyətinin xidmətləri elektronlaşır - VİDEO

Gəncədə regional rəqəmsal hökumətin formalaşdırılması işlərinə başlanılıb.

02:04:25 | 2021-05-07

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yeni yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" portalı vasitəsilə yerli icra hakimiyyəti orqanlarında göstərilən maksimum 39, minimum 25 xidmətin tam təhlili, sadələşdirilməsi və asanlaşdırılması işlərinə başlanılıb.

GancaPost.info-nun məlumatına görə, layihə iki hissədən ibarət olacaq: "Birinci hissədə yerli İcra Hakimiyyəti orqanları tərəfindən göstərilən xidmətlərin "ASAN Xidmət" standartlarında formalaşdırılması, ikinci mərhələdə isə vahid mərkəzdən virtual formada vətəndaşlara xidmət göstərməkdir. Pilot layihə olaraq Gəncə şəhəri, Quba və Masallı rayonlarında müvafiq işlərin görülməsinə start verilib.

Qeyd edək ki, vətəndaş portala (sayta) daxil olmaqla yerli İcra Hakimiyyəti orqanının göstərdiyi xidmətlərdən istifadə edə bilər. Portal vasitəsilə İcra Hakimiyyətinin vətəndaş qəbuluna yazıla biləcək. İcra Hakimiyyətinə təklif və şikayətlər göndərəcək. Eyni zamanda İcra Hakimiyyətinin xidmətlərindən tikintiyə icazə, istismara icazə, vətəndaşların uçota alınması və bir çox xidmətlərdən istifadə edəcək.

Ətraflı olaraq aşağıdakı video materialda tanış ola bilərsiniz:


ETİKET :  

Daha Çox