-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İcra Hakimiyyətində müharibə iştirakçıları ilə bağlı şöbə yaradıldı

Gəncə şəhər İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradıldı.

11:35:19 | 2021-01-07

“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilib.

GancaPost.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhəri və paytaxtın 12 rayonu, eləcə də Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax, Şəki, Naxçıvan və Naftalan şəhər İcra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılır.

Beləliklə, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

“İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

“Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi - Şöbə müdiri və Böyük məsləhətçi ştatlarından ibarət olacaq.


ETİKET :  

Daha Çox