-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb

Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.

13:05:55 | 2020-12-15

GancaPost.info xəbər verir ki, bununla bağlı Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rafiq Şəfiyev, həmçinin başçının digər müavini - İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Vəfa Abbasova tutduqları vəzifədən azad ediliblər. Onların yerinə hələlik təyinat olmadığı bildirilir.

Qeyd edək ki, Rafiq Şəfiyev yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilib. Vəfa Abbasova isə öz ərizəsi ilə işdən azad edilib və hazırda 6 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışır.


ETİKET :  

Daha Çox