Hüquqşünasla deputat arasında yenidən “Rəsulzadə qalmaqalı”

Bir neçə gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadə haqqında sərsəm fikirlər səsləndirib. Paşinyan Məhəmməd Əmin bəyi faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.

GancaPost.info xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov bu məsələyə sosial şəbəkə vasitəsilə münasibət bildirib:

"Bəziləri Paşinyanın Məhəmməd Əmin Rəsulzadə ilə bağlı fikirlərinə çox əsəbiləşirlər. Mən isə tam əksini düşünürəm, çünki düşmən pisləyirsə deməli xalqı üçün müsbət Lider olub. Ən əsası isə bundan sonra M.Ə.Rəsulzadəyə ağız büzən deputat Naqif Həmzəyev kimilərini erməni Paşinyanla haqlı olaraq müqayisə etmək olar", - deyə hüquqşünas bildirib.

Naqif Həmzəyev isə məsələ ilə bağlı MüsavatTV-də açıqlama verib:

"O vaxtda demişəm, indi də deyirəm ki, mən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə haqqında mənfi fikir söyləməmişəm. O vaxt başqa proseslər baş verdi, mən informasiya terrorunun qurbanı oldum. Dəfələrlə bu barədə açıqlama vermişəm. Bu gün heç kimin haqqı çatmır ki, Azərbaycanın tarixi şəxsiyyətləri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında mənfi fikir söyləsin. Qaldı ki, Paşinyanın səsləndirdiyi fikirlər haqqında, deyə bilərəm ki, Paşinyanın babası öz əqidəsinə xəyanət etmiş şəxsdir, Məhəmməd Əmin Rəsulzadə isə öz əqidəsindən dönməyim, sona qədər müstəqil Azərbaycanın qurulması üçün mübarizə aparıb".

Xatırladaq ki, bir neçə il əvvəl Naqif Həmzəyevin adından AXC-nin qurucusu M.Ə.Rəsulzadə barədə xoşagəlməz fikirlər yayılmışdı və bu cəmiyyət tərəfindən ciddi tənqid olunmuşdu.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR