-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Hikmət Hacıyev: Ermənistan Gəncəyə “TOÇKA-U” raketi atıb

Hikmət Hacıyev: Ermənistan Gəncəyə “TOÇKA-U” raketi atıb

22:21:23 | 2020-10-11

"Biz beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq ki, bu insanlığa qarşı olan bir cinayətdir".

GancaPost.info xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə olarkən bildirib.

Onun sözlərin görə, ermənilər Gəncəyə qarşı “TOÇKA-U” raketindən istifadə edib.

"Gördüyünüz kimi Ermənistan tərəfi müəyyən yalvarışlar edərək, humanitar atəşkəsə çağırışlar edirdi və bu da belə də olmuşdur. Ancaq atəşkəs rejimi olduqdan sonra Ermənistan hərbiçiləri tərəfindən çox təhlükəli bir silah, “TOÇKA-U” raket sistemindən istifadə edərək, Gəncədə insaların sıx yaşadığı ərazini atəşə tutub".

Hikmət Hacıyev əlavə edib ki, Ermənistanın bu hərəkəti məhz Rusiyada razılığa gələn atəşkəs rejimindən sonra olduğuna görə, beynəlxalq ictimaiyyətə və o cümlədən Rusiya Federasiyasına olan böyük hörmətsizliyi kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Ermənistanın Gəncəyə raket atması nəticəsində 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.


ETİKET :  

Daha Çox