-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Hansı müavinət nə qədər artdı? – Sadə izah

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmana dəyişiklik edib.

23:59:54 | 2019-04-15

GencePost.com xəbər verir ki, fərmanla bir çox sosial müavinətlər artırılıb. Bəzilərinə artım 100 faizdən çox əlavələr edib.

Bu vaxta qədər vətəndaşların aldıqları müavinət məbləğini qeyd etməklə müqayisəli rəqəmləri təqdim edirik. Beləliklə, hansı müavinət nə qədər artıb? Öncə indiyə qədər alınan məbləği, ardınca artırılmış məbləği qeyd edirik:

- Yaşa görə müavinət - 73 manat - 130 manat

- Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:

I qrup əlillərə - 82 manat - 150 manat

II qrup əlillərə - 61 manat - 130 manat

III qrup əlillərə - 52 manat - 110 manat

1.1.3-cü yarımbəndin ikinci - dördüncü abzasları aşağıdakı redaksiyada verilib:

“I dərəcə əlilliyi olan şəxslərə - 150 manat (əvvəl 101 manat)

II dərəcə əlilliyi olan şəxslərə - 130 manat (əvvəl 81 manat)

III dərəcə əlilliyi olan şəxslərə - 110 manat (əvvəl 73 manat)

1.1.4-cü yarımbəndin ikinci - dördüncü abzasları aşağıdakı redaksiyada verilib:

Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:

“I dərəcə əlilliyi olan şəxslərə - 150 manat (əvvəl 94 manat)

II dərəcə əlilliyi olan şəxslərə - 130 manat (əvvəl 81 manat)

III dərəcə əlilliyi olan şəxslərə - 110 manat; (əvvəl 61 manat)

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 82 manat - 150 manat

- ailə başçısını itirməyə görə müavinət - 68 manat - 80 manat

- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət - 68 manat - 100 manat

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət - 61 manat - 100 manat

- uşağın anadan olmasına görə müavinət - 109 manat - 200 manat 

- dəfn üçün müavinət - 146 manat - 300 manat.

Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.


ETİKET :  

Daha Çox