-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək

Əhaliyə pulsuz hüquqi yardım göstəriləcək.

07:43:22 | 2020-09-06

“Benefisiar Hüquqi Yardım Mərkəzi” əhalinin sosial cəhətdən ehtiyaclı şəxslərinə, aztəminatlı ailələrə pulsuz hüquqi yardım xidməti göstərir.

Vətəndaşlar mərkəzin internet saytı, “facebook”, “instagram” səhifəsi, “WhatsApp” və “Qaynar xətt” (+994506003466) nömrəsi vasitəsi ilə pulsuz onlayn hüquqi yardım ala bilər.

Hər hansı bir əlaqə vasitəsi ilə müraciət edən şəxslərə hüquqi məsləhət veriləcək, ərizə, şikayət və müraciətləri hazırlanacaq. Aztəminatlı və sosial cəhətdən həssas qruplardan olan şəxslərin məhkəmədə müdafiəsi (İddia ərizəsi, Apelyasiya və kasasiya şikayətlərinin yazılması və ehtiyac olduqda müdafiəçi ilə təmin edilməsi) təşkil ediləcək. Hazırlanan sənədlər birbaşa, e-mail, bu mümkün olmadıqda isə poçt vasitəsilə (maddi imkansızlıq, azyaşlı uşağı olan analar, təqaüdçülər, fiziki qüsurlu şəxslər) vətəndaşlara çatdırılacaq. Eyni zamanda mərkəzin ofisində vətəndaşların bütün növ elektron müraciətlərinin aidiyyati qurumlara onlayn göndərilməsində onlara köməklik ediləcək.

Hüquqi yardıma ehtiyacı olan hər bir şəxs müraciət edə bilər!


ETİKET :  

Daha Çox