-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Hacıkənddə, Xoşbulaqda kirayə evlərin qiyməti bahalaşıb

İsti yay günlərində Gəncəlilərin əksəriyyəti Hacıkənd və Xoşbulağa üz tutur.

09:14:04 | 2020-06-29

Məlum olduğu kimi, koronovirus pandemiyası səbəbindən ölkə sərhədləri bağlıdır. Buna görə də vətəndaşlar məcburən daxili turizmə üstünlük veriblər. Bu səbəbdən də dağlıq bölgələrdəki dağ evlərinə tələbat çoxalıb. Tələbatın çoxalması isə qiymət artımına səbəb olub.

GancaPost.info xəbər verir ki, isti yay günlərində xüsusilə Gəncənin Hacıkənd kəndi və ətrafı, Daşkəsənin Zağalı, Xoşbulaq kəndlərində kirayə evlərə tələbat artıb.

Karantin dövründə daha çox evdə qalmaqdan darıxan şəhər sakinləri dincəlmək üçün dağ evlərinə üz tuturlar. Amma maddi sıxıntısı olan vətəndaş üçün dağ evi də xəyal olaraq qalır. Çünki bu evlərin kirayə qiymətləri bahalaşıb. Dağ evlərinin fantastik qiymətlərindən vətəndaşlar da narazıdır.

“Bu isti yay günlərində məcburən bina evimdə qalım. Dağda evin qiymətləri ilə maraqlanmışam, çox bahadır. Gedə bilmirəm. Kimin imkanı var, onlar gedə bilir. Keçəil yay mövsümü aylarında ev 600 manat idisə, indi 1500 manatdır. Buna görə də camaat üçün çətindir”- deyə Gəncə şəhər sakini Məlahət Əliyeva qeyd edir.

Bağ kirayəsi və alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, bu günə qədər bu vəziyyətlə qarşılaşmayıblar:
“Təsəvvür edin ki, keçən il iyun ayında Xoşbulaqda aylıq 500 manata heç kimin yaxın düşmədiyi bağ evi bu il sorğu-sualsız kirayələnib. Gələn kirayə ev istəyir, pul əlində qalıb, kirayə verən də xeyli azalıb. Xoşbulaq kəndində az qala boş ev qalmayıb.”

Qeyd etdiyimiz kəndlərdə orta şəraitli bağ evlərinin aylıq kirayə qiyməti təxminən 500 manatdan başlayır. Qiymət əsasən evlərin yerləşdiyi ərazidən asılıdır. Bağ evlərində ərazi, şəraitli olmağı, həyətyanı sahənin genişliyi də təsir edir.

Ötən il yay mövsümü boyu 600 manata təklif olunan bağ evlərinin qiyməti hazırda 1000 manat və ondan yuxarıdır.

Hazırda 4 nəfərlik ailə dağ evində bir aylıq istirahət etmək üçün ən azı 1000 manat xərcləməlidir.


ETİKET :  

Daha Çox