-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

İcra başçısının qardaşı Gəncədəki vəzifəsindən azad olundu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə yeni rəis təyin olunub.

12:53:21 | 2020-02-21

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Abbasov DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi vəzifəsinə təyin edilib.

Elvin Abbasov bundan əvvəl baş əməliyyat müvəkkili işləyib.

Nazirin digər əmri ilə DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin (Gəncə) rəisi Zəfər Abıyev vəzifəsindən azad edilib. Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevın qardaşıdır. O, bu vəzifəyə 2016-ci ildə təyin edilmişdi.


ETİKET :  

Daha Çox