Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov DTX tərəfindən dindirilərkən sadəcə Mədəniyyət İdarələrinin rəhbərləri vasitələrilə musiqi məktəblərindən ayda 60 min manat aldığını etiraf edib.
GancaPost.info xəbər verir ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi Höccət Əsədullayev bildirib ki, Rafiq Bayramov mənə tapşırıq verdi ki, musiqi məktəblərindən artıq saatlara görə pul yığılsın: “Mən, hər ay Rafiq Bayramova 9 min verirdim, maaşlar qalxandan sonra bu məbləğ dəyişərək 11 min oldu”.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev isə bildirib ki, 21 musiqi məktəbinin 15-dən hər ay 1000 manat olmaqla pul yığılırdı və bunun 9 min manatı Rafiq Bayramova verilirdi: “Yığılmış pulları Rafiq Bayramova mən, onun iş kabinetində təqdim edirdim”.
"Həmçinin keçirilən tenderlərdə dəftərxana, cari təmir və sair xərclərdən də 100 minə yaxın vəsait olurdu".
Ətraflı olaraq aşağıdakı video görüntülərdə: