-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstandan Avropaya reyslər Bakıdan üç dəfə ucuzdur

Gürcüstandan Avropaya reyslər azərbaycanlılara Bakıdan üç dəfə ucuz başa gəlir.

13:36:07 | 2019-08-09

2019-cu ilin ilk beş ayında Azərbaycanın Hava limanları 1,85 milyon sərnişinə xidmət göstərib.

GancaPost saytı Turan-a istinadən xəbər verir ki, bu, yarım il ərzində bütün Hava limanlarında təxminən 2,5 milyon insanın daşıyan qonşu Gürcüstanla müqayisədə yüksək rəqəm deyil. Aydınlıq üçün əlavə edək ki, Azərbaycanın əhalisi 10 milyondan çoxdur, Gürcüstanda isə 5 milyondan çox insan yaşayır.

Ölkənin Hava limanları arasında sərnişinlərin bölüşdürülməsi ilə bağlı məlumatlar səciyyəvidir. Paytaxtın Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 1.57 milyon sərnişin, yəni təxminən 85% düşür, Gürcüstanda Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanı isə 1.9 milyona yaxın sərnişinə xidmət göstərib ki, bu da 76% edir.


ETİKET :  

Daha Çox