-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstandan Avropanın daha 7 şəhərinə uçuşlar başlayır

“Wizzair” Gürcüstandan daha 7 istiqamətə birbaşa uçuşlara başlayır.

22:39:48 | 2019-09-06

Macarıstanın “Wizzair” şirkəti sentyabrın 10-dan Gürcüstanın Kutaisi şəhərindən 7 yeni istiqamət üzrə birbaşa uçuşlara başlayır.

GancaPost saytı xəbər verir ki, aviaşirkət Bazel, Kopenhagen, Brüssel, Tallin, Eyndxoven, Bari və Poznan şəhərlərinə mütəmadi uçuşlar həyata keçirəcək.

Qeyd edək ki, hazırda “Wizzair” Gürcüstandan Avropanın 21 şəhərinə birbaşa reyslər yerinə yetirir. Şirkət Gürcüstanın Kutaisi şəhərindəki beynəlxalq hava limanında 2012-ci ildən etibarən fəaliyyət göstərir.


ETİKET :  

Daha Çox