-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Tsopi kəndində Azərbaycanlılar və ermənilər birgə yaşayırlar

Gürcüstanda azərbaycanlıların və ermənilərin birgə yaşadıqları kənd - Tsopi

22:59:39 | 2019-10-06

Marneuli Bələdiyyəsinin Xodjorni inzibati ərazi vahidliyinə daxil olan Tsopi kəndində ölkənin azərbaycanlı və erməni icmaları birlikdə yaşayırlar.

GancaPost saytı 24news.ge-yə istinadən xəbər verir ki, sözügedən kənd dəniz səviyyəsindən 760 m yüksəklikdə, Marneuli şəhər mərkəzindən isə 37 km cənub-qərbdə yerləşir.

Əhalinin siyahıya alınmasının nəticələrin əsasən, kənd əhalisinin azalması müşahidə edilir. 2002-ci il statistikasına görə, Tsopi kəndinin əhalisi 746 nəfər təşkil edirdi, 2014-cü il statistikasında isə kənddə daimi yaşayan əhali 596 nəfər olaraq göstərilir.

Kənd əhalisinin 74%-i etnik azərbaycanlılardan, 24%-i ermənilərdən, 2%-i isə yunanlardan ibarətdir.

Kəndin şərq hissəsindəki - Təpə Məhəlləsində etnik azərbaycanlılar yaşayırlar, kəndin qərbindəki - o tay məhəlləsində isə ermənilər daha sıx məskunlaşıblar.

Kənddə iki sektordan ibarət olan orta ictimai məktəb fəaliyyət göstərir.

İlin əvvəlində Tsopiyə səfər edən bölgə qubernatoru burada yeni məktəbin inşa ediləcəyini bildirmişdi.

Tsopi əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir.


ETİKET :  

Daha Çox