-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstanda maşın ucuzlaşdı - Səbəb

Gürcüstanda maşın ucuzlaşdı - Səbəb

02:48:15 | 2019-12-17

Azərbaycan Dövlət Gömrük Komitəsinin xarici dövlət nömrə nişanlı avtomobillərlə bağlı tətbiq etdiyi şərtlər Gürcüstanda avtomobillərin qiymətini 30-50 faiz ucuzlaşdırıb.

GancaPost saytı xəbər verir ki, bu barədə məlumatı nəqliyyat üzrə mütəxəssis Rəşad Quliyev paylaşıb.

Onun sözlərinə görə, Gürcüstanda vətəndaşları ilə yanaşı Azərbaycan vətəndaşı da öz adına avtomobil rəsmiləşdirmək hüququna malikdir.

“Bu kimi şəxslər maya dəyəri ucuz başa gələn avtomobillərlə sərnişin daşıma ilə məşğul olurlar. Əsasən rahatlığı və qənaətliliyi ilə seçilən "Mersedes-Benz E klass" (1996-2008) modelləri Azərbaycan-Gürcüstan və ya ölkəmizin daxilində rayonlararası sərnişin daşımada istifadə olunur.

Lakin bir ay öncə bazar qiyməti 4-5 min dollar olan bu modellər hazırda 2 min dollara müştəriyə təklif edilir. Bundan savayı amerikan avtomobillərinin də satışı zəifləməkdədir”.


ETİKET :  

Daha Çox