-- Adversting 9 --
-- Adversting 10 --

“Gürcüstanda ermənilər muxtariyyət tələb edir”

"Gürcüstanda ermənilər muxtariyyət tələb edir"

05:15:56 | 2021-07-14

Rusiya Xarici İşlər Nazirliyi (XİN) dünyanın 43 ölkəsindəki insan hüquqları vəziyyəti ilə bağlı xüsusi hesabat yayımlayıb.

GancaPost.info gürcü mediasına istinadən xəbər verir ki, hesabat Gürcüstan da müzakirə olunur və diqqət etnik azlıqların hüquqlarına yönəldilib.

Rusiya etnik azlıqların siyasi proseslərə müdaxiləsinin az olduğunu, Samtsxe-Javaxeti də etnik azlıqların daha çox muxtariyyət tələb etdiklərini iddia edir.

"Gürcüstanın siyasi həyatında etnik azlıqların nümayəndələrinin az iştirak etməsi səbəbindən etnik diaspor nümayəndələri təhsil və mədəniyyət sahəsində müstəqil qərarlar qəbul etmək üçün daha çox müstəqillik arzusunda olduqlarını bildirirlər.

Məsələn, erməni cəmiyyəti uzun müddətdir Samtsxe-Javaxetidə muxtariyyət məsələsini gündəmə gətirir. Bu çağırışlar isə separatçı hisslərin ifadəsi kimi qəbul edilir", - deyə hesabat sənədində qeyd olunub.


ETİKET :  

Daha Çox