GencePost.com gürcü mediasına istinadən xəbər verir ki, bu gündən Gürcüstanda yanacağın qiyməti 5-7 tetri (qəpik) ucuzlaşıb.
Benzin və dizel yanacağının qiymətlərini bütün neft şirkətləri endiriblər.
Gürcüstanda fəaliyyət göstərən 'Rompetrol' şəbəkəsində bir litr avro-requlyarın qiyməti 2.56-idi, bugün isə, 2.49-dur.
'Visol' şirkəti 2.54-dən 2.49-a endirib, 'Lukoil' yanacaq doldurma stansiyalarında isə, avro-requlyarın qiyməti 2.36-dan 2.29-a düşüb.
Mütəxəssislər bildirir ki, yanacaq qiymətinin düşməsi, beynəlxalq bazarda benzin və neft məhsullarının ucuzlaşması ilə bağlıdır.