-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstana neçə nəfər Azərbaycan vətəndaşı mühacirət edib?

Gürcüstana mühacirət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

16:48:32 | 2021-04-29

2020-ci ildə 1 951 nəfər Azərbaycan vətəndaşı Gürcüstana mühacirət edib.

GancaPost.info saytı Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib. Sənədə əsasən, onların 979-u kişi, 972-si isə qadın olub. İllik müqayisədə vətəndaşların sayı 1 718 nəfər və yaxud 1,9 dəfə azalıb.

Ötən il Gürcüstandan 2 947 nəfər Azərbaycan vətəndaşı mühacirət edib ki, bu da 2019-cu ilin eyni göstəricisindən 865 nəfər çoxdur.

Hesabat ilində Gürcüstanda emiqrantların sayı 74 264, immiqrantların sayı isə 89 996 nəfər olub.


ETİKET :  

Daha Çox