-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstana getmək istəyənlərdən COVID-19 arayışı tələb olunacaq

Gürcüstana səfər edəcək əcnəbilərdən COVID-19 arayışı tələb olunacaq.

00:38:29 | 2020-09-08

Sentyabrın 15-dən etibarən Gürcüstana yollanacaq xarici ölkə vətəndaşları 72 saat qüvvədə olacaq PCR testinin nəticəsini təqdim etməli olacaqlar.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

O deyib ki, bu barədə qərar Gürcüstan vətəndaşları və əcnəbilərin sağlamlığını sığortalamaq məqsədilə qəbul olunub.

Qeyd edək ki, covid-19 arayışı qarşılıqlı razılıq əldə ediləcək ölkələr arasında olacaq.

Xatırladaq ki, Gürcüstan avqust ayından sərhədlərini Fransa, Almaniya, Latviya, Litva və Estoniya üçün açıb. Bu 5 ölkəyə Tbilisi hava limanından həftədə 2 dəfə müntəzəm aviareyslər həyata keçirilir.


ETİKET :  

Daha Çox