-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstan yəhudilərindən Gəncə ilə bağlı - Bəyanat

Gürcüstandakı yəhudilərdən Gəncə ilə bağlı - Bəyanat

11:06:58 | 2020-10-23

Gürcüstanın Yəhudi İcması ermənilərin Gəncəni raket atəşinə tutması ilə əlaqədar bəyanat yayıblar.

GancaPost.info Gürcüstanın 24news.ge portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Yəhudi İcmasının rəhbəri, fizika-riyaziyyat üzrə elmlər doktoru Abik Çaruxçevi məlumat verib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi son dövrlərdə verdiyi bəyanatlarla ölkələrin ərazi bütövlüyü prinsipinə hörmətsiz yanaşır, Gürcüstana da ərazi iddiası irəli sürür və bu məqsədlə açıq şəkildə separatizmi alovlandırır. A.Çaruxçevi Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs razılaşmasından dərhal sonra oktyabrın 11-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını raket atəşinə tutması işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin vandallığının, barbarlığının növbəti bariz göstəricisi olduğunu bildirib.

O diqqətə çatdırıb ki, bütün dünya bir daha işğalçı Ermənistanın dövlət səviyyəsində terror siyasəti yürütməsinin şahidi oldu.

Qeyd edək ki, Gürcüstan Yəhudi İcma rəhbərinin bəyanatının tam mətni Gürcüstanın “Sakartvelos Respublika” qəzetində dərc olunub.


ETİKET :  

Daha Çox