-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstan Gəncəyə yeni Baş konsul təyin edib

Gürcüstanın Gəncəyə yeni Baş konsulu təyin olunub.

16:30:22 | 2019-08-02

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncə şəhərinə təyin olunan yeni Baş konsulu Nikolaz İaşvilini qəbul edib.

GancaPost-un məlumatına görə, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərindən söz açılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

N.Bayramov Baş konsula Gəncə, onun tarixi, mədəniyyəti, iqtisadiyyatı barədə ətraflı məlumat verib. O bildirib ki, zəngin mədəniyyətə və qədim tarixə malik olan Gəncə Azərbaycanın ikinci böyük şəhəridir: "Şəhər əhalisinin böyük əksəriyyətini gənclər təşkil edir. Gəncədə bir sıra iri sənaye müəssisələri fəaliyyət göstərir".

Bunlarla yanaşı, N.Bayramov Gəncə ilə Kutaisi arasında qardaşlaşmış şəhər münasibətlərindən söz açıb və mövcud əlaqələrin daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Baş konsul Nikoloz İaşvili qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar: "Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. İlk növbədə mənim əsas vəzifəm burada olan gürcü vətəndaşlarının hüquqlarını qorumaq olacaq. Gürcüstanın Gəncədəki konsulluğu ətraf 14 rayonda yaşayan gürcü vətəndaşlarına da problemlərini həll etmək üçün xidmət göstərir. Bizim buradakı fəaliyyətimiz konsulluq fəaliyyəti ilə yekunlaşmayacaq. Biz burada yerli icra orqanları ilə birgə işləməyi nəzərdə tuturuq".


ETİKET :  

Daha Çox