-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gürcüstan 2024-cü ildə Aİ-nin tamhüquqlu üzvü ola bilər

Gürcüstan 2024-cü ildə Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciət edəcək.

23:34:31 | 2021-03-01

“Gürcüstan 2024-cü ildə Avropa İttifaqına (Aİ) tamhüquqlu üzvlüklə bağlı rəsmi müraciət etməyə hazırlaşır”.

GancaPost.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında deyib.

Hökumət başçısının sözlərinə görə, bu, asan yol olmayacaq: “Gürcü xalqının seçimi böyük Avropa ailəsinə qoşulmaq və tamhüquqlu üzv olmaqdır. Biz çox yaxşı anlayırıq ki, bu, çətin və mürəkkəb proses olacaq, lakin ölkəmiz üçün buna birgə səylərlə nail olmaqda maraqlıyıq”.


ETİKET :  

Daha Çox