-- Adversting 9 --
-- Adversting 10 --

Gürcüstan Azərbaycanla quru sərhədini açır - QAYDA

Gürcüstana getmək istəyən şəxslər hansı sənədləri təqdim etməlidir - İZAH

14:29:51 | 2021-05-25

Gürcüstan iyunun 1-dən etibarən Azərbaycan, Rusiya, Türkiyə və Ermənistanla quru sərhədlərini açır.

GancaPost.info gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstana quru sərhəd yolu ilə getmək istəyənlər hər iki doza ilə peyvənd olunduğuna dair sənədi və ya son 72 saat ərzində əldə edilmiş PCR testin nəticəsini sərhəddə təqdim etməlidir. (PCR testin nəticəsini sərhəddə təqdim edən şəxs ölkəyə daxil olduqdan sonra 72 saat ərzində yenidən PCR testdən keçməlidir. Əgər vətəndaşın peyvənd sənədi varsa, PCR testinə ehtiyac yoxdur.).

Bu barədə Gürcüstanın İdarələrarası Koordinasiya Şurasından bildirilib.

Qeyd edək ki, sərhəddə təqdim ediləcək hər iki doza peyvənd və ya PCR testinin nəticələri ilə bağlı sənəd ingilis dilində olmalıdır.

Bununla yanaşı, Gürcüstana gedən ziyarətçilərə sağlamlıq (tibbi) sığortasının olması da tövsiyə edilib.


ETİKET :  

Daha Çox