-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Göygöl sakinləri susuzluqdan əziyyət çəkir

Göygöldə sakinlər susuz qalıb - ŞİKAYƏT

19:29:38 | 2020-07-03

İsti yay günlərində vətəndaşların suya olan tələbatının artmasına baxmayaraq Göygöl rayonunun mərkəzində, daha dəqiq desək Səbuhi Hacıyev küçəsində su qıtlığı yaranıb. Sakinlərin sözlərinə görə artıq 15 günə yaxındır su sarıdan çətinlik çəkirlər.

GancaPost.info xəbər verir ki, Göygöl rayon Səbuhi Hacıyev küçəsinin sakinləri Kəpəztv-yə bildiriblər ki, son 2 həftə ərzində yalnız bir neçə gün, özü də gecə saatlarında 10-15 dəqiqəlik su görüblər. Onunla da suya olan tələbatın ödənilməsi mümkün deyil. Suyun olmaması ilə bağlı aidiyyatı qurumlara edilən müraciətlər isə cavabsız qalıb.

Sakin Xalidə Zeynalova bildirir ki, gecə saat 12-də mən Nazirliyə zəng etdim. “Nazirlikdən deyirlər ki, bu vaxt su içirlər. Bəs suyu nə vaxt götürüm mən. 12-də gəlməsin səhər gəlməsin axşam gəlməsin. Bu saat nə vaxt veriləcək. Bir məhlədə 14-16 ailə var”.

Digər sakin Asif Musayev də qeyd edir ki,aşağısı 15 gündür suyumuz yoxdur. “Yayın günündə su gəlmir. Bilmirik nə edək neyniyək. Kimə mürcaiət edək”.

Sakinlərin sözlərinə görə, hər il yay mövsümündə su problemi yaşanır. Ancaq bu ilki qədər çətinlik olmayıb. Ümumiyyətlə, su qrafiklə verildiyindən suyun daimi mövcudluğundan söhbət belə gedə bilməz. Abonentlər belə deyir. Buna rəğmən işlətdikləri suya görə, ödənişləri də gecikmədən edirlər.

Sakin Elşən Dursunov isə qeyd edir ki,Göygöl rayonunun mərkəzində 5 küçədə demək olar su yoxdur. “O kənar küçələrdə bəlkə də var. Amma burada fakt yoxdur. Regionaldan gəlib baxırlar. Nəyə baxırlar su gəlib anbarlar tam doludur. Amma su hara gedir”.

Məsələ ilə bağlı “Azərsu”nun yerli nümayəndəliyində isə sakinlərin iddiaları ilə razılaşmırlar. Göygöl Su-Kanal sahəsindən, yaranan vəziyyəti su çənlərinin hündürdə yerləşməsi ilə əlaqələndiriblər.

Su-Kanal İdarəsinin şöbə rəisi Anar Seyfi bildrir ki, abonentlərin bizdən tələbi odur ki, biz matorsuz 8 metr və yaxud da 7 metr hündürlüyündə olan ehtiyyat çənə su dolduraq. Deyirlər biz mator işlədəndə işıq pulu ödəyirik. Ona görə də deyirlər sizin borcunuzdu bizim ehtiyyat çənimizi doldurasız. O da yay mövsümü ilə əlaqədər təlabat çox olduğundan qeyri mümkündür.

Maraqlısı odur ki, xəttə olmayan suyu sakinlər çənə necə vura bilər?

Bununla belə, Azərsu rəsmisi həmin küçəyə nəzarətin gücləndiriləciyini bildirib.


ETİKET :  

Daha Çox